““Neftçi” rəhbərliyi məni evsiz və maşınsız qoydu” - Kolumbiyalı futbolçu

neftci-rehberliyi-meni-evsiz-ve-masinsiz-qoydu
Oxunma sayı: 2521

“Neftçi” ilə problemləri olan kolumbiyalı futbolçu Mayk Kampaz hələ ki, Bakıdadır. Ötən həftə klub rəhbərliyi tərəfindən  məşqə buraxılmayan futbolçu problemi ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.

Cənubi amerikalı oyunçu klub tərəfindən ona verilən evin və maşının əlindən alındığını bildirib. Kampaz hətta “Neftçi”ni FİFA-ya şikayət edə biləcəyini də istisna etməyib: “Məni ikinci komandaya göndəriblər. Lukas Qomezlə birlikdə orada məşq etməliyəm. Özümü orada göstərməliyəm. Bunu edəcəm və sonunu gözləyəcəm. Klub mənə ev vermişdi. Onu da əlimdən aldılar. Maşınımı da götürüblər və vermirlər. Məni evsiz və maşınsız qoydular. Özüm hazırda oteldə qalıram”.

Futbolçu FİFA-ya şikayət edə biləcəyini də istisna etməyib: “FİFA-ya şikayət edə bilərəm. Amma hazırda düşünürəm ki, biz qarışılıqlı razılığa gələ bilərik. Bunun üçün danışıqlar aparıram. Mən və vəkilim məsələnin bu həddə çadırılmasını istəmirik. Bizə skandal lazım deyil. Çünki "Neftçi" məsələni sülh yolu ilə həll etməyə qadirdir. Hətta mənə may ayının maaşını da verməyiblər. İyunu ayı başa çatır və biz keçən ayın pulunu almamışıq. Bu doğru deyil. Müqaviləni pozmağım üçün təklif etdikləri məbləğ isə həddən artıq azdır”.