“Neftçi”dən ayrıldı, “Keşlə”də işləyəcək

neftciden-ayrildi-keslede-isleyecek
Oxunma sayı: 1248

“Keşlə” klubunda yeni təyinat baş tutub. “Qafqazinfo” xəbər verir ki, klub rəhbərliyinin qərarına əsasən, Eldəniz Yusifov “Keşlə”nin meneceri vəzifəsinə təyin olunub.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Yusifov 2005-2017-ci illər ərzində AZAL klubunda müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ildən isə o, “Neftçi”də əsas komandanın baş meneceri kimi fəaliyyət göstərirdi.

Lakin bir neçə gün öncə, o, paytaxt klubundan ayrılmışdı.