“Neftçi”nin rəqibindən xəbər var

neftcinin-reqibinden-xeber-var
Oxunma sayı: 663

“Qafqazinfo” Milli.az-a istinadən xəbər verir ki, Moratti “İnter”in nəticələrindən narazıdır: “Hazırda nə “İnter”, nə də “Milan” superkomanda sayıla bilər. Hətta biz nəticələrimizin daha yaxşı olmasını arzulasaq da, reallıq başqadır. Təəssüf ki, biz artıq özümüzə 20 000 000 avroya futbolçu ala bilmərik”.

Qeyd edək ki, bu komandanın son dövrlərdəki nəticələri də ürəkaçan deyil. Məsələn, A Seriyasının son turunda autsayderlər qrupunda qərarlaşan “Siena” ilə ev oyununda “İnter”in qələbə qazanacağına bəlkə heç qonaq futbolçular da şübhə etmirdilər. Amma sonda məhz qonaqlar 2:0 hesabıyla qalib gəldilər.

Lakin maraqlıdır ki, hər şeyə rəğmən, Moratti məhz baş məşqçiyə tam güvəndiyini bəyan edir: “Mən gənc baş məşqçimizə tam inanıram. Biz onunla uğur qazana bilərik. Bizim növbəti hədəfimiz “Chievo” ilə oyunda qələbə qazanmaqdır”.

Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu oktyabrın 4-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.