Nərimanovda mənzildə yanğın olub

nerimanovda-menzilde-yangin-olub
Oxunma sayı: 1135

Bakıda yanğın hadisəsi qeydə alınıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda ümumi sahəsi 22 m2 olan 1 otaqlı mənzilin mətbəxində 6 m2 sahədə məişət əşyaları və 1 ədəd pəncərə çərçivəsi yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.