Nəsimi rayonunda intellektual yarış keçirilib - Foto

nesimi-rayonunda-intellektual-yaris-kecirilib
Oxunma sayı: 705

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun tam orta məktəblərinin şagirdləri arasında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” intellektual bilik yarışı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bilik yarışında məktəblilər tarix və coğrafiya sahəsi üzrə öz biliklərini sınaqdan keçiriblər. Yarışma 125 məktəblinin iştirakı ilə iki mərhələdə keçirilib. 151 nömrəli məktəbin komandası I, 5 nömrəli məktəbin komandası II, 42 nömrəli məktəbin komandası III, 159 nömrəli məktəbin komandası IV yerə layiq görülüblər.

Zabitlər parkında intellektual oyunun final mərhələsinin qaliblərinin mükafatlandırma mərasimi təşkil edilib. Komandalar diplom və hədiyyələrlə təltif olunublar.

İntellektual oyunun təşkil edilib keçirilməsində Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Nəsimi könüllüləri qrupu” yaxından iştirak ediblər.