Niki Minaj karyerasına son qoyur

niki-minaj-karyerasina-son-qoyur
Oxunma sayı: 2765

Amerikalı müğənni Niki Minaj karyerasına son qoyur.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb. 36 yaşlı ifaçı belə bir qərarı bundan sonra vaxtını ailəsinə sərf etmək üçün verdiyini açıqlayıb. O, izləyicilərinin onun bu qərarına görə şad olacaqlarına əminliyini ifadə edib.

Qeyd edək ki, Niki Minaj Kennet Petti adlı oğlanla birlikdədir. İddialara görə, cütlük bu yaxınlarda toya hazırlaşır.