Nikolya Sarkozi psixi xəstədir

nikolya-sarkozi-psixi-xestedir
Oxunma sayı: 640

Belə bir sərt bəyanatla Liviya lideri Müəmmar Qəddafi Tripolidə tərəfdarları ilə görüşdə çıxış edib. Fransa prezidentinin ünvanına səsləndirdiyi sərt ittihamlardan sonra Qəddafi ona sadiq qüvvələri qiyamçılara qarşı hücuma səsləyib: “Döyüş məqamı yetişib. Benqaziyə, Misuratuya və Liviyanın qərbindəki dağlara hücuma hazırlaşın”. Liviya liderinin özü isə mitinqdə iştirak etməyib. Onun çıxışı səsgücləndirici vasitəsilə ötürülüb.
Maraqlıdır ki, bu yaxınlarda Əlcazair qəzetlərinin birində Qəddafinin oğlu Seyf Əl İslamın dərc olunmuş müsahibəsində Tripolinin Fransa ilə sülh danışıqlarına başladığı və şəxsən özünün qiyamçılara dəstək olduğu qeyd olunmuşdu.

Səidə