“Nişanlısı Cennifer Lopezi mənim keçmiş arvadımla aldadır”

nisanlisi-cennifer-lopezi-menim-kecmis-arvadimla-aldadir
Oxunma sayı: 1604

Ötən həftə müğənni Cennifer Lopezlə nişanlanan beyzbolçu Aleks Rodriqesin nişanlısını aldatdığı iddia edilib.

“Qafqazinfo” “Sözcü”yə istinadən xəbər verir ki, bu məlumatı keçmiş beyzbolçu Xose Kanseko Tvitterdəki hesabında paylaşıb.

O, Aleksin Lopezi onun keçmiş həyat yoldaşı ilə aldatdığını yazıb:

“Zavallı qız, Rodriqesin əslində kim olduğunu bilmir. Nişanlısı onu mənim keçmiş arvadım Cessika ilə aldadır”.

Kanseko Alekslə Cessikanın yazışmalarını oxduğunu, hətta doğru söylədiyinə inandırmaq üçün “yalan ölçmə aparatı”na girməyə də hazır olduğunu bildirib.

Bu iddia ilə bağlı Aleks Rodriqes və Cennifer Lopez tərəfindən hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, ötən həftə Aleks 4,5 milyon dollarlıq üzüklə Lopezə evlənmə təklifi etmişdi.

Cessika