“Niyyətimiz İrandakı rejimi devirmək deyil” - ABŞ rəsmisi

niyyetimiz-irandaki-rejimi-devirmek-deyil
Oxunma sayı: 815

"ABŞ İrandakı rejimi devirmək niyyətində deyil".

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert deyib.

Qeyd edək ki, ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo açıqlamasında "İranlılar özlərinə hansı hökuməti istəyirsə, onu seçməlidir. Bu, belə olmasa, ABŞ Tehrana qarşı münasibətdə sərt mövqe tutacaq"  söyləmişdi.

Nauert isə Pompeonun sözlərini belə şərh edib:

"Düşünürəm ki, o, bu hüququn yalnız İran xalqına məxsus olduğunu demək istəyib. Bizim siyasətimiz rejim dəyişmək deyil". 

Daha sonra Hezer İranın ünvanına insan haqlarının pozulması ilə bağlı ənənəvi ittihamlar səsləndirib.