Nobel prospektində yenilik - Fotolar

nobel-prospektinde-yenilik
Oxunma sayı: 2249

Bakının Nobel prospektində yeni piyada keçidləri salınıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, prospektin Həzi Aslanov və Sadıqcan küçələri ilə kəsişməsində təşkil edilən sola və ya geriyə dönmə yerləri nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb. 

Svetoforla nizamlanan geriyə dönmə yerlərinin ətrafında piyada keçidləri də təşkil edilib. Artıq prospektin qeyd edilən hissələrində piyadalar rahat və təhlükəsiz şəkildə qarşı tərəfə keçə bilərlər. Hərəkətin tənzimlənməsi üçün geriyə dönmə yerlərinin ətrafında müvafiq yol nişanları qoyulub və nişanlanma işləri aparılıb.