Novruzda qan axıdıldı - Fotolar

novruzda-qan-axidildi-fotolar
Oxunma sayı: 669

Qızılçeşmə meydanınına toplaşan insanlar İstanbul polisinin sərt müdaxiləsi ilə qarşılaşıblar. Barış və Demokratiya Partiyasının(BDP) təşkil etdiyi tədbirin icazəsiz keçirildiyini bəyan edən polis əvvəlcə nümayışçılərin dağılmasını tələb edib. Deyilənə əməl edilmədiyi təqdirdə polis gözyaşardıcı qaz bombalarından istifadə edib. İnsanlar arasında çaxnaşma düşüb. Nəticədə Barış və Demokratiya Partiyasının Arnavutköy qəsəbəsi üzrə rəhbəri Haçı Zəngin başından ağır yaralanıb, həkim müdaxiləsinə baxmayaraq ölüb. Bir neçə saat içərisində Zeytunburnu deyilən ərazidə insanlar bir-birinə qarışıb, polis isə təqibini davam etdirib. Novruz bayramı tədbirinə gələn 10-larla insan xəstəxanalıq olub. Onlar arasında ağır yaralananlar da var. Saysız insan isə polis tərəfindən tutulub.

Qeyd edək ki, BDP bir neçə gün öncə tədbir haqqında hökümətə xəbərdarlıq etmişdi. Amma hökümət Novruzun martın 20-21-ində qeyd olunması səbəbiylə bugünkü tədbirə icazə verməmişdi.

Raminə