Nura pulsuz konsert verəcək

nura-pulsuz-konsert-verecek
Oxunma sayı: 645

Novruz bayramına həsr olunan konsertə çıxış edəcək yeganə müğənni Nura Suri olacaq: "Bir saatlıq çıxışım nəzərdə tutulub. İkinci və üçüncü solo albomundan səslənəcək mahnıların tamaşaçıların da könlünə oxşayacağına ümid edirəm. Məndən öncə isə instrumental musiqi qrupunun çıxışı nəzərdə tutulur".

Konsert 16 mart tarixində saat 19:00-da Azure ticarət və əyləncə mərkəzində olacaq.

Onu da qeyd edək ki, Nura Surinin bu konserti adıçəkilən ticarət mərkəzinin təşəbbüsü ilə həyata keçəçək: "Bilet alamağa ehtiyac yoxdur. Bütün ürəyi istəyən şəxslər gəlib əylənə bilərlər. Bu da Novruz öncəsi sizə hədiyyəm olsun".