Nuridə Atəşinin təqdimatı

nuride-atesinin-teqdimati
Oxunma sayı: 1143

“Qafqazinfo”nun məlumatına görə, kitabın təqdimat mərasimi 8 dekabr 2011 –ci il saat 12.00 tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Prizidiumunda keçiriləcək. Kitab Azərbaycanın görkəmli tarixçi və arxeoloqlarının elmi rəyləri əsasında Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə nəşr edilib.
Tədqiqatçı indiyə qədər beynəlxalq elm aləmində amazonlar haqqında hakim olan, belə ki, onların bir mifalogiya olması, yaxud skit, yunan qadınları olmaları və yaxud da onların kiçik Asiyada, Qara dəniz sahilində ilkin məskən salmaları və Qafqaz bölgəsinə yalnız bundan sonra gəlmiş olmaları kimi tezislərinə, fikirlərinə cəsarətlə qarşı çıxmış , amazonlarının ilkin vətəni olaraq cənubi Qafqazı, xüsusi ilə qədim Azərbaycan torpaqları hesab edilən Dağlıq Qarabağın əzəli qədim torpaqları olduğunu sübut etməyə çalıb.

Bu günlərdə Azərbaycanda PA yanında Elm Fondunun, Azərbaycan Dövlət Memarlıq və Tikinti və eləcə də Milli Avrasiya Universitetlərinin təşkil etdiyi beynəlxalq Qafqaz Albaniyası haqqında keçirilmiş mohteşem konfransda iştirak edən Nuridə Atəşi ilk dəfə olaraq öz elmi kəşvlərini dünyanın bir çox ölkələrindən qatılan beynəlxalq alimlərin qarşısındakı elmi məruzəsində beynəlxalq elm mənsublarının mühakiməsinə vermiş və bir çox görkəmli alimlərin dəstəyini alıb.

Kitabın AMEA nın dəsətyi ilə keçiriləcək təqdimatında bir çox görkəmli elm, mədəniyyət və rəsmi qrumların nümayəndələrinin iştirakı gözlənilir.