Nüşabənin “Lexus”u saxta çıxdı

nusabenin-lexusu-saxta-cixdi
Oxunma sayı: 2765



“Lexus” markalı avtomobil satırdılar. Gördüm ili yenidir, maşına söz ola bilməzdi. Çox qəşəng idi. Satan şəxsdən xarab olub-olmadığını da soruşdum, dedi inanmırsansa, get mərkəzdə yoxlatdır. Mən də onun sözünə inanıb getmədim. Anam, oğlum və mən Şəkiyə gedirdik. Şamaxının dolama yollarında maşının əyləci gah tutdu, gah yox. Biz ölümlə üz-üzə qaldıq. Şəhərə güclə qayıtdıq. Avtomobili apardım mərkəzə ki, bəlkə problemi var. Dedilər bu, “yaponka” maşındır. Sükan sağda olub, sola keçiriblər. Ona görə də, əyləc yaxşı tutmur. Həmin insanı çağırıb maşını özünə qaytardım. Amma əvvəlcədən bunu deməliydi”.