“O, diktə ilə prezident seçilib”

o-dikte-ile-prezident-secilib
Oxunma sayı: 641

V. Quluzadə bildirib ki, məsələ ondan ibarətdir ki, Serj Sarkisyan saxtakarlıqla hakimiyyətə gəlib: “Ermənistandakı əhali Rusiyanın diktəsindən narazıdır və orada müstəqilliyə can atanlar çoxdur. Ona görə də Ermənistan cəmiyyətində bu cür qarşıdurmalar baş verir”.

Politoloq onu da əlavə edib ki, vəziyyət bu cür davam edərsə Rusiyanın Ermənistandakı mövqeyi zəifləyəcək və yox olacaq: “Bundan sonra Ermənistan da Cənubi Qafqazdakı digər dövlətlər kimi güclənəcək, başqa dövlətlərlə əlaqələr quracaq və müstəqil dövlət olacqaq”.

Qeyd edək ki, dünən Ermənistanda prezident seçkilərində növbəti dəfə qalib gələn Serj Sarkisyanın andiçmə mərasimi keçirilib. Bundan sonra prezident iqamətgahı qarşısında aksiyalar keçirilib. Baş verən toqquşmalarda yaralananlar olub. Xəsarət alanlar arasında Raffi Ovannisyanın müavini Armen Martirosyan və deputat Zarui Postandjyan da var. Prezidentliyə sabiq namizəd, “Radio Hay” radiosunun direktoru Andrias Qukasyan da saxlanaraq polis məntəqəsinə aparılıb. Bir neçə saat orada saxlanan Qukasyan sonra sərbəst buraxılıb.

Gülnar