Obama bu qadını səfir göndərir

obama-bu-qadini-sefir-gonderir
Oxunma sayı: 638

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Bloomberg” xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, 1988 - cil ildən dünyanın bir nömrəli dəb jurnalı olan “Vogue”yə rəhbərlik edən 63 yaşlı nüfuzlu qadın Fransa və ya Böyük Britaniyaya səfir təyin oluna bilər.

Vinturun bu vəzifəyə təyin olunması onun Barak Obamanın prezident seçkiləri öncəsi apardığı kampaniyalara dəstək verməsi ilə izah olunur. Belə ki, dünyanın ən nüfuzlu qadınlarından olan Vintur Obama üçün 500 min dollar yığıb.

“Bloomberg”in məlumatına görə, bu posta ABŞ prezidentinin seçkiqabağı kampaniyalarını maliyyələşdirən komitənin rəhbəri Metyu Barzun da namizədliyini irəli sürüb. “Bloomberg”in anonim mənbələrinin məlumatına görə Barzun da həmçinin Obama üçün yarım milyon dollar toplayıb. Və buna görə də o da səfir olmaq iddiasındadır.

ABŞ-ın Fransadakı səfiri postu uğrunda mübarizə aparan şəxslərdən biri də “Avenue Capital Management” investisiya şirkətinin sahibi Mark Lasridir.

“Bloomberg” bu üç namizəd sırasında Anna Vinturun qələbə qazanacağını istisna etmir. O, 1949 – cu il noyabrın 3-də Böyük Britaniyada doğulub. ABŞ vətəndaşıdır. “Vogue”nin Amerika şöbəsinə 39 yaşından rəhbərlik etməyə başlayıb. Bu müddət ərzində “Vogue”ni dünyanın ən nüfuzlu jurnalları sırasına daxil etməyi bacarıb.