Obama iftar verdi

obama-iftar-verdi
Oxunma sayı: 646

"Ölkəmizdə olan milyonlarla müsəlmana, həmçinin, dünya üzrə 1 milyarddan çox müsəlmana səslənirəm. Ramazan bayramınız mübarək. Heç bir amerikalı ibadət edərəkən özünü təhlükədə hiss etməməlidir. Hər kəsin öz dininə aşkar şəkildə ibadət edə bilmək hüququ var. Bu təkcə amerikalıların deyil, ümumilikdə, dünya ictimaiyyətinin haqqıdır. Buna görə də biz ölkəmizdə və dünyada etiqad və din seçimi azadlığını həmişə qoruyacağıq", - deyə Obama sözlərini ifadə edib.

Qeyd edək ki, "Ağ Ev"də iftar vermək ənənəsi sabiq prezident Bill Klinton dönəmindən qalıb./anspress/