Obama ilə Poroşenko görüşəcək- - Uelsdə

obama-ile-porosenko-gorusecek-
Oxunma sayı: 706


“Qafqazinfo”nun məlumatına görə, APA-nın “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, avqustun 11-də baş tutan telefon danışığı zamanı Obama  Luqansk vilayətinə beynəlxalq humanitar yardım göstərilməsi təşəbbüsünü dəstəklədiyini bildirib. Həmçinin ABŞ-ın bu missiyada iştirak etmək niyyətində olduğunu vurğulayıb.

 Poroşenko, öz növbəsində, Obamaya ABŞ Konqresinin Nümayəndələr Palatasında irəli sürdüyü Ukrayna üçün yardım Aktı təşəbbüsünə görə minnətdarlığını bildirib.

 Bundan əvvəl Rusiyanın Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə Ukraynaya humanitar konvoy göndərəcəyi məlum olub. Bu barədə avqustun 11-də prezident Putinin  Avropa Komissiyasının sədri Joze Manuel Barroso ilə telefon danışığı olub.