Oğluna erməni adı qoymağa hazırlaşan Kardaşyan fikrindən döndü - Fotolar

ogluna-ermeni-adi-qoymaga-hazirlasan-kardasyan-fikrinden-dondu
Oxunma sayı: 4654

Surroqat ana vasitəsilə dördüncü dəfə ana olan amerikalı TV ulduzu Kim Kardaşyan uşağına qoyduğu adla hər kəsi təəccübləndirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeni doğulan oğlunun fotosunu sosial şəbəkədə paylaşan Kardaşyan ona “Psalm” adını verdiklərini açıqlayıb. Adın mənası ivrit dilində “mahnı” mənasını verir.

Xatırladaq ki, Kardaşyan dördüncü uşağına erməni adını qoyacağını açıqlamışdı. İndoneziyalı falçının “bu uşaq atan Robertin reinkarnasiyası olacaq” sözlərindən sonra ulduz oğluna “Robert” adını qoyacağını açıqlamışdı. Ancaq Kardaşyanın qəfil qərar dəyişdirməsi hər kəsi təəccübləndirib.

Qeyd edək ki, Kardaşyanla Uestin Nors, Saint, Çikaqo adlı daha 3 övladı var. Onlardan ikisi bioloji, Çikaqo isə surroqat ana vasitəsilə dünyaya gələn uşaqdır.