Oğul qəza törətdi, ana öldü...

ogul-qeza-toretdi-ana-oldu
Oxunma sayı: 2238



Bakı şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, dünən axşam saatlarında Sabunçu rayonu E.Mehdiyev küçəsində Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Abbas Abdulla oğlu Mirzəliyevin idarə etdiyi «Nissan» markalı avtomobil divara çırpılıb. Qəza nəticəsində A.Mirzəliyev, sərnişinləri qızı 2001-ci il təvəllüdlü Bəyim, oğlu 2002-ci il təvəllüdlü Nəcəf xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib. Anası 1954-cü il təvəllüdlü Balaxanım hadisə yerində ölüb.