Oksana hind filmində oynayacaq

oksana-hind-filminde-oynayacaq
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, Hindistandan qayıtmış rəqqasə Oksana Rəsulova media mənsubları ilə səfər təəssüratlarını bölüşüb. Açılışını prodüser Sayqa Cahidin etdiyi konfransda Mumbay şəhərində rəqs sənətinin sirlərinə yiyələndiyini deyən Oksana uğurları barəsində bunları dedi:

"Həddindən artıq zəngin təəssüratlarla Bakıya qayıtdım, özümə yetərincə dostlar qazandım. Təhsil aldığım 4 ay ərzində qətiyyən qəribçilik yaşamadım. Ən böyük təşəkkürlərim, əlbəttə, siz jurnalistlərin ünvanınadır. Sosial şəbəkələrdəki profillərimə yazıb, mənimlə mütəmadi olaraq əlaqə saxlayırdınız. Çəkdirdiyim fotoları xəbərlərinizdə yayımlayırdınız. Bu mənə çox böyük dəstək idi ".

Bakıda çox qalmayacağını qeyd edən rəqqasə yenidən Hindistana qayıtmasını belə şərh edib: "Azərbaycan dilinə tərcümədə" Marsa gediş "mənasını verəcək filmdə baş rolu oynamaq təklifi məni yenidən sevdiyim ölkəyə qaytaracaq. Rejissor Pritiş Çakrabotinin ekranlaşdıracağı filmdə mən anası hindistanlı, atası əcnəbi olan qız kimi kameralar qarşısına keçəcəyəm”.