Ölkə çempionu fəhləlik edərkən həlak oldu

olke-cempionu-fehlelik-ederken-helak-oldu
Oxunma sayı: 3088


Hadisə Muğla vilayətinin Bodrum rayonunda baş verib. Məlumata görə, 29 yaşlı idmançı 8.5 metr dərinlikdəki quyuda işləyərkən yaxınlıqdakı divar onun üstünə aşıb. Dərhal hadisə yerinə cəlb olunan xilasedicilər Karabaşın meyiti ilə rastlaşıblar. 

Qeyd edək ki, “Egey” universiteti Bədən tərbiyəsi fakultəsini bitirərək idman müəllimi olmaq üçün dövlət imtahanlarına girən Murat Karabaş imtahanın nəticələri açıqlanana qədər fəhləlik edirmiş. 

Məlumata görə, 1 500, 5 000 və 10 000 metr kross yarışlarında Türkiyə çempionu olan Murat Karabaş ötən ay nişanlanmışdı./anspress/