“Ölkədə qazlaşdırma 93 faizdir” - Rövnəq Abdullayev

“Ölkədə qazlaşdırma 93 faizdir”
Oxunma sayı: 1453

“SOCAR ölkə əhalisinin qaz təminatını, yerli istehlakçıların tələbatını mütləq prioritet hesab edir. Odur ki, “Azəriqaz”ın məsuliyyət yükü bu məsələdə hamıdan çoxdur”. 

“Qafqazinfo” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azəriqaz İstehsalat Birliyində keçirilən müşavirədə deyib. O, bildirib ki, son illər respublikanın qaz təsərrüfatının, qazpaylayıcı şəbəkənin  inkişafı istiqamətində ciddi tədbirlər görülsə də, aparılan işlərin effektivliyi bu gün bir daha təhlil edilməli, müştəri məmnunluğuna tam nail olunmalıdır.

R. Abdullayev bildirib ki, respublika ərazisində qazlaşdırma sahəsində aparılan geniş miqyaslı işlər nəticəsində əhalinin qazla təchiz edilməsi 93%-ə çatdırılıb: “Bir çox xarici ölkələrdə qazlaşdırma kommersiya əsasında keçirilir və onun xərcləri istehlakçıların üzərinə düşür. Lakin Azərbaycanın dövlət başçısının iradəsi ilə qazlaşdırma xərcləri dövlət vəsaiti hesabına həyata keçirilir. Bu mənada qaz təchizatı ölkəmizdə sosial öhdəliklərdən biridir”. 

O, ölkə başçısının Dövlət Neft Şirkətinə bu il üçün 100 milyon manat vəsait ayıraraq, qazlaşdırma səviyyəsinin 93 faizdən 95 faizə çatdırılması haqqında verdiyi tapşırığın vaxtında və yüksək keyfiyyətlə icra olunmasını cari ilin ən əsas fəaliyyət istiqaməti olduğunu qeyd edib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi