Onlar Əbülfəs Qarayevin müavinləri oldu

onlar-ebulfes-qarayevin-muavinleri-oldu
Oxunma sayı: 3735

Prezident mədəniyyət nazirinin müavinlərinin və nazirlik yanında Dövlət Xidmətinin rəisinin təyin olunması haqqında sərəncamlar imzalayıb.

Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də Rafiq Yasin oğlu Bayramovun Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Sevda Yusuf qızı Məmmədəliyeva da mədəniyyət nazirinin müavini təyin edilib.

Prezident İlham Əliyev iyunun 27-də həmçinin Zakir İmran oğlu Sultanovun Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.