Onları məhkəməyə verdilər

onlari-mehkemeye-verdiler
Oxunma sayı: 2017

“Space” televiziyasında “Hər səhər” verilişində canlı yayımda əməkdar artist Rəşad İlyasovla müğənni Rüfət Axundov söyüşlü mahnı oxumalarına görə məhkəməyə veriliblər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hər iki şəxs Cinayət Məcəlləsinin 148-ci (təhqir etmə) maddəsi ilə ittiham olunur. Məhkəmə iddiasına Yasamal rayon Məhkəməsinin hakimi Günel Əkbərlinin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası da “Space” TV barəsində cərimə protokolu tərtib edib və bununla bağlı qərar çıxarılması üçün məhkəməyə müraciət edib. 

Murad Əhməd