OPEK-ə üzv ölkələr vaxtı uzatdılar

opek-e-uzv-olkeler-vaxti-uzatdilar
Oxunma sayı: 646

Vyanada OPEK-ə üzv ölkələrin növbəti iclası keçirilib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, təşkilatın üzvləri neft hasilatının həcminin azaldılması haqqında sazişin müddətini daha 9 ay, 2018-ci il martın 31-nə qədər artırmaq barədə razılığa gəliblər. Bu barədə jurnalistlərə açıqlamasında Küveytin neft naziri Əssam əl-Mazruk bildirib. 

Qeyd edək ki, 2016-cı ilin oktyabrında imzalanmış müvafiq müqaviləyə əsasən, OPEK-ə üzv ölkələr neft hasilatını 1,2 milyon barrelə qədər, qeyri-üzv dövlətlər isə 558 min barrelə qədər azaltmalıdır.