Oqtay Bayramov FHN-dən ayrıldı

oqtay-bayramov-fhn-den-ayrildi
Oxunma sayı: 4747

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov öz ərizəsilə işdən ayrılıb.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az-a Oqtay Bayramov özü məlumat verib.
 
O, işdən ayrılma səbəbini ailə məsələləri ilə əlaqələndirib:

“Ərizə yazıb işdən ayrılmaq normaldır. Ailə üzvlərimin, özümün səhhətimdə problemlər var, hazırda onlarla məşğulam. Sizlərdən, çox razıyam. Bu 4 ildə gözəl insanlar tanıdım. Haqqınızı halal edin”.
 
Qeyd edək ki, O.Bayramovun yerinə hələlik təyinat olmayıb.