Ordumuzun mövqeləri atəşə tutulub

ordumuzun-movqeleri-atese-tutulub
Oxunma sayı: 634

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 28-də saat 01.10-dan 01.20-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.