Orxan Camalın dəfn olunacağı yer açıqlandı

orxan-camalin-defn-olunacagi-yer-aciqlandi
Oxunma sayı: 2734

Mərkəzi Afrika Respulikasında öldürülən jurnalist Orxan Camal Moskvanın Xovansk qəbiristanlığında dəfn ediləcək.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu jurnalistin dostu Maksim Şevçenko deyib. Onun sözlərinə görə, 6-7 avqust tarixlərində istintaq keçiriləcək. Tibbi ekspertiza yekunlaşdıqdan sonra Orxanın cəsədi yaxınlarına veriləcək. Jurnalistlə vida mərasimi Moskva Cümə Məscidində olacaq.

Dəfn tarixi isə hələlik bilinmir.