Orxan Gəncəbay yenə xəstəxanaya yerləşdirildi

orxan-gencebay-yene-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2237

Mayın 3-də dondurmadan zəhərlənərək xəstəxanaya yerləşdirilən türkiyəli müğənni Orxan Gəncəbayın səhhətində yenə problem yaranıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 74 yaşlı ifaçı yüksək hərarət səbəbindən xəstəxanaya yerləşdirilib.

Həyat yoldaşı Sevim Əmrə ilkin tibbi müdaxilədən sonra O. Gəncəbayın səhhətinin hazırda yaxşı olduğunu söyləyib:

“Səhər temperaturu 39 dərəcəyə qalxmışdı. Dərhal xəstəxanaya gəldik, analizlər götürüldü. Nəticələri gözləyirik. Ola bilsin ki, infeksiya səbəbindən hərarəti qalxıb. Amma hazırda yaxşıdır”.