“Ötən il 714 nəfər dərmandan zəhərlənib”

oten-il-714-nefer-dermandan-zeherlenib
Oxunma sayı: 667

"Statistikaya nəzər salsaq, dərman zəhərlənmələri ilə bağlı ötən il 714 nəfər müraciət edib. Onların da 17%-ni uşaqlar təşkil edir. Bu kimi hallar daha çox valideynlərin diqqətsizliyi nəticəsində baş verir. Daha sonra, intihar məqsədi ilə dozadan artıq dərman qəbul edən şəxslər də zəhərlənmə kimi qeydiyyata düşür".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi İsmayıl Əfəndiyev deyib. O bildirib ki,  müşahidələrə əsasən, 2016-cı ilə nisbətən 2017-ci ildə dərman zəhərlənmələrinin sayında azalmalar var: 

"Zəhərlənmələrə ən çox yuxugətirici və qıcolma preparatları səbəb olur. Havalar soyuyub. Virus qəbul edən şəxslərin immuniteti zəifləyib. Onlar həkim nəzarəti olmadan antibiotik qəbul edirlər. Adi başağrı dərmanı belə insanda xoşagəlməz nəticələrə səbəb ola bilər".

Qeyd olunub ki, hazırda internetdən sifariş olunan dərman preparatları və kimyəvi vasitələrlə bağlı dünya ölkələri xeyli problem yaşayır: "Azərbaycanda onlayn dərman satışı qadağan olunduğu üçün hələ ki, ölkədə elə bir problem müşahidə olunmayıb".

Günel Hacı