Özlərinə 3 gün toy etdilər - Fotolar

ozlerine-3-gun-toy-etdiler
Oxunma sayı: 2157

Ötən il “People” jurnalı tərəfindən “yaşayan ən seksi kişi” seçilən ingilis aktyor İdris Elba evlənib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, model Sabrina Dhowre ilə münasibətlərini rəsmiləşdirib. Üç gün ard-arda keçirilən toy Mərakeşdə reallaşıb. 

 Qeyd edək ki, cütlük 2018-ci ildə nişanlanıb.  İdrisin əvvəlki nikahından 17 yaşlı oğlu var.