“Özümü diktator kimi hiss edərdim” – Prezidentə zərbə

ozumu-diktator-kimi-hiss-ederdim-prezidente-zerbe
Oxunma sayı: 650

BDU-nun erməni araşdırmaları ETL-nin rəhbəri İsmayıl Tanrıverdinin “Qafqazinfo” ya verdiyi məlumata görə, musiqiçi hələ 2 il öncə Ermənistana gələrkən S.Sarkisyanla görüşüb ona dəstək olacağını bəyan edib. Bu gün isə seçkilərlə əlaqədar Ermənistanda xalq hərəkatının daha da geniş vüsət alacağından narahat olan rok-musiqi ulduzu Ermənistan prezidenti Serj Sarkisyana açıq məktubla müraciət edib. O, dövlət başçısını seçkilərdə qələbəsinin rəsmi elan oluması münasibətilə dırnaqarası təbrik etməklə yanaşı seçkilərdə külli miqdarda qanun pozuntularının da ictimai təşkilatlar tərəfindən açıqlanmasından təəssüfləndiyini bildirib və bir neçə sualla ona müraciət edib.

İsmayıl Tanrıverdinin tərcümə etdiyi məktubu təqdim edirik:

"Kifayət qədər məzəlidir elə deyilmi? Siz Ermənistan prezidenti kimi öz qəlbinizin səsinə inanırsınızmı ki,doğrudan da siz öz xalqınızın seçilmiş liderisiniz? Prezidentin özü bilməlidir ki,o doğrudanmı seçkilərin səs çoxluğunu qazanmışdır, yoxsa yox?! Şəxsən məni heyrətləndirən də budur. Əgər mən öz xalqıma rəhbərlik etmək istəsəydim, çox istərdim ki, xalq öz seçimini özü etsin. Əks təqdirdə mən özümü diktator kimi hiss edərdim. Bəlkə sizin partiya nəzarətdən çıxıb. Bəlkə oliqarxların kürüsü qurtarıb və onlar öz xoş günlərinin başa çatmasını istəmirlər? Necə olursa-olsun dəyişmək zamanı yetişib. Düzgünmü qələbə çalmısınız yoxsa yox, siz artıq yenə prezidentsiniz."

Məktubda Tankyan soruşur: Bir dövlət başçısı kimi siz Erməmistan və dünya ermənilərinin maraqlarını qorumağa qadirsinizmi? Hansısa formada ölkəni sosial,iqtisadi və siyasi böhrandan çıxara biləcəksinizmi? Siz Ermənistan Konstitusiyasına and içmisiniz ki, ölkəni xarici və daxili düşmənlərdən qoruyacaqsınız. Bilməlisiniz ki, kimlər ki xalqın səsini oğurlayır, onlar daxili düşmənlər elan edilməli və cəzalanmalıdırlar. Bütün bunları həyata keçirmək sizin borcunuzdur. Siz həm də parlamenti buraxmaqla ilk erməni islahatçı prezidenti kimi tanınmalısınız.

"Serj, məni tanıyanlar bilirlər ki, mən heç vaxt ədalətsizliklə barışa bilmirəm. Ermənilərin əksəriyyəti və diaspora sizin hakimiyyəti tənqid edərkən də mən kənara çəkilmişəm. Amma ki, sizin hakimiyyətiniz dövründə xalqın əksəriyyətinin korrupsiyadan, ədalətsizlikdən və özbaşınalıqlardan əziyyət çəkmələri bizim hamımızın səbr kasamızı daşırır. Siz bunu bilməlisiniz!"

Tankyan həm də əlavə edib: "Ermənistanda tez bir zamanda qanunun aliliyinə ehtiyac var. Heç kim qanunlardan yüksəkdə durmamalıdır. Siz bunu öz şəxsi nümunənizlə həyata keçirməlisiniz. Serj, birləşdirin bizi, ruhlandırın bizi. Xahiş edirəm çağırışımı qəbul edin."

Məktuba cavabı bir neçə gün gecikdirən Sarkisyan axır ki, öz tərzinə və səviyyəsinə uyğun dar düşüncəli bir cavab yazıb ki, bu da Ermənistan ziyalıları və mətbuatı tərəfindən heç də xoş qarşılanmayıb.
Sarkisyan cavab məktubunda kiçik nəvəsinin də adının Serj olduğunu bildirib. Kiçik olduğuna görə o, hələlik məğrur bir xalqın övladı olmasından xəbərsizdir. Böyüyəndə babasının ona və xalqına qoyduğu mirasla, müqəddəs dağın (Ağrı dağı) qoynundakı yeni vətəni ilə qürurla fəxr edəcək.

S.Sarkisyan Ermənistanın son 21 illik tarixində keçirilən bu biabırçı seçkiləri heç çəkinmədən ən yüksək səviyyəli seçkilər adlandırıb və nəvəsinin gələcəkdə bununla öyünəcəyini söyləyib.
O,yazır: "Serj, bu dövləti biz çoxdan arzulamışıq. Bu mənim və sənin dövlətindir. Bu dövlət bizim övladlarımıza və nəvələrimizə mənsubdur." Bizim cənnət məkanımız var-bu da vətəndir. Bunu qorumaq üçün mənə sənin və bütün erməni millətinin köməyi lazımdır-Olendeyldən Stepanakertə qədər, Melburndan Moskvaya qədər.

- Sən soruşursan ki, mən öz daxili inamıma əmin ola bilərəmmi?
- Cavab verirəm: "Mən həmişə gördüyüm bütün işlərə əminliklə yanaşmışam-döyüşlərə rəhbərlikdən seçkilərin təşkil olunmasına qədər."

Təəssüflə qeyd etməliyəm ki, cavab məktubunda S.Sarkisyan seçkilər haqqında verilən suallardan yayınmaq üçün müxtəlif üsullara əl atır. Bu günki Ermənistanın xoş gələcəyə çatması yollarını ancaq öz bildiyi kimi izah edir. Lakin seçkilərdə nə üçün seçicilərin sayının dəfələrlə şişirdilməsindən, kütləvi saxtalaşdırma üçün yerli məmurlara verdiyi tapşırıqlardan, Ermənistan əhalisinin iqtisadi durumunun aşağı olmasından və əhalinin xarici ölkələrə axınından, Ermənistanın bir sıra beynəlxalq layihələrdən kənarda qalma səbəblərindən və s. heç nə yazmayıb.

Yəqin o düşünür ki, bu məsələlərdən yazmaq Amerikalı musiqiçi Serj üçün elə də əhəmiyyətli deyil. Amma o, bilməlidir ki, bu məsələlərin cavabını gələcəkdə ondan balaca nəvəsi Serj və onun tay-tuşları mütləq soruşacaq”.