“Özünə hörmət qoymur” demişdi - Barışdılar

ozune-hormet-qoymur-demisdi
Oxunma sayı: 1496

İki məşhur müğənni- Demet Akalın və İrem Derici barışıb.  “Qafqazinfo”  Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar aralarında yaranan qalmaqala son qoyublar.  

Hər iki sənətçi instaqramda bir-birini izləməyə başlayıb. Barışın nə vaxt baş tutması barədə məlumat verilməyib. 

Qeyd edək ki, Akalın “İkinci sayfa” proqramına qonaq olarkən həmkarına söz atmışdı:“İrem Derici haqqında danışmaq istəmirəm. O qızı sevmirəm. Özünə hörmət qoymur”. Qarşı tərəf isə Demetə sərt cavab vermişdi.