Pakistan bin Ladenin ailəsini ölkədən çıxardı

pakistan-bin-ladenin-ailesini-olkeden-cixardi
Oxunma sayı: 671

“Qafqazinfo”nun məlumatına görə, “Associated Press” xəbər verib ki, terrorçunun üç dul xanımı və iki qızı Səudyyə Ərəbistanına uçub.

Bin Ladenin ailə üzvləri ABŞ-ın xüsusi təynatlı döyüşçülərinin əməliyatından sonra saxlanılıb. Bu əməliyyat 2011-ci ilin mayın 2-də terrorçunun öldürülməsi ilə nəticələnmişdi. Terrorçunun həlak olması şəraiti aydınlaşdrılmamış onun ailə üzvlərinə ölkədən çıxmaq qadağan olunmuşdu.


Bu ilin martın əvvəllərində bin Ladenin dul arvadı və qızı həbs olunub. Onlara qarşı qanunsuz yolla Pakistana gəlmək və burada yaşamaq ittihamı irəli sürülüb. Məhkəmə onları 45 günlük həbs cəzası ilə ( həbs müddəti martın 3-dən hesablanıb) cəzalandırıb. Sonda isə ölkəni tərk etmək barədə qərar verilib.

Pakistan Daxili İşlər Nazirliyi xəbər veib ki, indiyədək bin Ladenin 14 nəfər ailə üzvü İslamabaddan çıxarılıb. Ölkənin tərk edən ailə üzvləri bin Ladenin vətəni olan Səudiyyə Ərəbistanına gediblər.