“Parma” A Seriyaya geri döndü

parma-a-seriyaya-geri-dondu
Oxunma sayı: 1109

İtaliya A Seriyasına “Empoli”nin ardından yüksələn ikinci komanda müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, B Seriyasının sonuncu - 42-ci turunda "Parma" səfərdə "Spetsiya"nı 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 72 edib və elitaya yüksəlib.

"Parma" 2015-ci ildə iflas olduğu üçün D Seriyasına göndərilmişdi. Ardıcıl 3 il liqalardan yüksələn komanda növbəti mövsüm A Seriyasında çıxış edəcək.