Partiya işğal olunmuş rayon şöbələrinin rəhbərləri ilə müşavirə keçirib

partiya-isgal-olunmus-rayon-sobelerinin-rehberleri-ile-musavire-kecirib
Oxunma sayı: 635

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbiri açıq elan edən Ümid Partiyası icra aparatının rəhbəri Nəsimi Məmmədli tədbiri açaraq ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın strukturlarının qarşısında duran təşkilatı vəzifələr, rayon şöbələrinin işinin daha da səmərəli qurulması və gücləndirilməsi istiqamətində tövsiyələr verib. Daha sonra partiya sədrinin Siyasi məsələlər üzrə müavini Bakir Həsənbəyli mövcud ictimai – siyasi vəziyyətlə bağlı çıxış edib.

Partiya sədrinin Təşkilatı məsələlər üzrə müavini Rafael Tağızadə bu ilin Ümid Partiyası üçün təşkilatlanma ili elan oldunduğunu qeyd edib, eyni zamanda hər bir partiya üzvünün bu prosesdə aktiv iştirak etməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ümid Partiyası mərkəzi icra aparatına daxil olan şəxslər və rayon şöbə rəhbərliyində olan nümayəndələrin fikir və təklifləri ətrafında müzakirələr aparılıb.