Paşinyan istefasının şərtlərini açıqladı

pasinyan-istefasinin-sertlerini-aciqladi
Oxunma sayı: 4355

Ermənistanın baş naziri Nikol Paşinyan “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyalarının nazir və qubernatorları işdən çıxarıldıqdan sonra istefa verəcəyini açıqlayıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, “Nazir və qubernatorların işdən azad olunması qərarı de-yure qüvvəyə minəndə mən istefaya gedəcəyəm... Ancaq baş nazir vəzifəsini icra edəcəyəm”, - deyə Paşinyan bildirib. O əlavə edib ki, parlament yeni baş naziri seçməzsə, növbədənkənar parlament seçkiləri keçiriləcək. 

“Daşnaksütun” bəyan edib ki, artıq özü nazirlərini geri çağırmağa başlayıb.

Qeyd edək ki, Ermənistan parlamenti "Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanunu qəbul edib. Qanun  ikinci dəfə baş nazirin seçilməsi zərurəti yarandıqda qanunverici orqanın buraxılmasına mane olmağı nəzərdə tutur.