Paytaxtda açıq havada işlər dayandırıldı

paytaxtda-aciq-havada-isler-dayandirildi
Oxunma sayı: 645

Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi rəis müavini Məhərrəm Məhərov bildirib.
M.Məhərov bildirib ki, Azərbaycanın Əmək Məcəlləsində bağlı, lakin isinməyən obyektlərdə çalışan şəxslər üçün hava mənfi 14 dərəcə və daha aşağı, açıq havada çalışanlar üçün isə mənfi 10 dərəcə və daha aşağı olduqda isinmək üçün fasilə verilməli, yaxud iş tam dayandırılmalıdır.

"Fasilələr iş gününə daxildir və bu halda əməkhaqqı tarif dərəcəsinə əsasən ödənilir. İş dayandırıldıqda isə boş günə görə əməkhaqqı tarif dərəcəsində nəzərdə tutulmuş məbləğin üçdə ikisindən az olmayaraq ödənilməlidir", - deyə M.Məhərov bildirib.

Əmək Məcəlləsinə əsasən, gücü 3-6 baldan artıq olan küləkli şəraitdə açıq havada işlər dayandırılmalıdır: "Hazırda bütün tikinti şirkətlərinin fəaliyyətinə nəzarət etmək imkanı yoxdur. Amma sahibkarlara pis hava şəraitində işlərin dayandırılmalı olduğuna dair xəbərdarlıq olunub. Bu günədək pis hava şəraiti ilə əlaqədar hər hansı hadisə baş verməyib".