Paytaxtda qəza, ölən var

paytaxtda-qeza-olen-var
Oxunma sayı: 641

Yasamal Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Yasamal rayonu Şərifzadə küçəsi 212 saylı evin qarşısında 1984-cü il təvəllüdlü Aslanov Nicat Köçəri oğlu idarə etdiyi "VAZ-2107" markalı "90-XP-336" dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 1957-ci il təvəllüdlü Ağayev Əzizağa Əminağa oğlunun idarə etdiyi 5 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı "10-TG-748" dövlət qeydiyyat nişanlı avtobusu arxadan vurub.

Nəticədə "VAZ-2107" markalı avtomobilin sürücüsü Aslanov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.