“Peşəkar ovçunun öz adaxlısını gülləylə vurub qaçırmağına bənzəyər” – Qarabağ şikəstəsi

pesekar-ovcunun-oz-adaxlisini-gulleyle-vurub-qacirmagina-benzeyer-qarabag-sikestesi-
Oxunma sayı: 845




Azərbaycan ədəbiyyatının ən istedadlı qələm adamlarından biri olan şair Qulu Ağsəs yeni yazdığı “Qarabağ şikəstəsi” adlı şeirini “Qafqazinfo”nun kitab evinə təqdim edib. Biz də həmin şeiri oxucuların ixtiyarına veririrk.








Qulu Ağsəs


Qarabağ şikəstəsi




Balamın canına,
atamın goruna,
işğal gününə...
- gör nəyə and içirəm:
səni çox sevdiyimdən
şeir yazmadım şəninə.
Elə bilərsən
bayrağın qara rəngi olduğundan
utanıb yazmadım,
azadlığın boynunda üzəngi olduğundan
utanıb yazmadım.
Yoox!
Dedim, birdən şeirim
peşəkar ovçunun
öz adaxlısını gülləylə vurub
qaçırmağına bənzəyər,
memarın
qurduğu qalanı
sevincdən öz başına
uçurmağına bənzəyər.
Ona görə heç nə yazmadım şəninə.
Gör nəyə and içirəm:
balamın canına,
atamın goruna,
işğal gününə...