PFL-in köhnə-təzə prezidenti

pfl-in-kohne-teze-prezidenti
Oxunma sayı: 655

“Qafqazinfo”nun verdiyi məlumata görə, AFFA-nın inzibati binasında təşkil edilən tədbir saat 14:00-da başlayıb.

Qurumun hazırkı başçısı Ramin Musayev yeganə namizəd olduğundan yenidən bu vəzifədə fəaliyyətini davam etdirəcək. Musayevin prezidentliyi jurnalistlər üçün qapalı keçirilən səsvermədən sonra rəsmiləşib.

Seçkidə AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, 2008-ci ildə yaradılan PFL-də prezident 4 ildən bir seçilir.