Pike və Xavi Kataloniya yığmasına çağırıldı

Pike və Xavi Kataloniya yığmasına çağırıldı
Oxunma sayı: 1541

Kataloniya yığması Venesuela ilə keçirəcəyi yoldaşlıq oyunu üçün heyətini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, martın 25-də keçiriləcək qarşılaşma üçün bəzi ulduz futbolçular da heyətə daxil edilib.

Onların arasında Boyan Krkiç, Xavi Hernandez, Jerar Pike, Mark Bartra, Aleyş Vidal və Jerar Delafeu kimi tanınmış simalar da var.

Qapıçılar: Masip (Valyadolid), Alberto Qarsiya (Rayo Valyekano)

Müdafiəçilər: Jerar Pike (Barselona), Mark Munyesa (Jirona), Mark Bartra (Betis), Didak Vila (Espanyol), Martin Montoya (Brayton), Alex Moreno (Rayo Valyekano), Aleyş Vidal (Sevilya).

Yarımmüdafiəçilər: Oskar Melendo (Espanyol), Xoan Yordan (Eybar), Oriol Romeu (Sautqempton), Xavi Hernandez (Əl-Sədd), Pere Pons (Jirona), Aleyş Qarsiya (Jirona), Aleks Qranell (Jirona), Ruben Alkaras (Valyadolid).

Hücumçular: Serxio Qarsiya (Espanyol), Boyan Krkiç (Stok Siti), Enrik Qallexo (Rekreativo), Jerar Dulofeu (Uotford).


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi