Piyadanı vuraraq öldürdü

piyadani-vuraraq-oldurdu
Oxunma sayı: 790

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol qəzası baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 15-də saat 4 radələrində qeydə alınıb. 

Gəncə şəhər sakini E.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Samir Rüstəmovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada aprelin 16-da orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.