Poçtun rəhbərliyi pulu mənimsəyib

poctun-rehberliyi-pulu-menimseyib-
Oxunma sayı: 662

“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Prokurorluğunun yaydığı məlumatda bildirilir. Məlumatda deyilir ki, Qobustan Poçt filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyəti Cəmiyyətindən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Müəyyən edilib ki, cəmiyyətin Daxili audit şöbəsinin mütəxəssisləri tərəfindən Qobustan Poçt Filialının maliyyə fəaliyyəti yoxlanılarkən filialın Müştəri xidmətləri şöbəsinin vəzifəli şəxsləri tərəfindən 1 aprel 2011-ci il tarixdən 1 avqust 2011-ci il tarixədək olan dövr ərzində vətəndaşlardan kommunal xidmətlər üçün (telefon, elektrik enerjisi, su, qaz və s.) qəbul edilmiş 13 min 480 manat məbləğində vəsait filialın xəzinəsinə mədaxil edilməyərək mənimsənilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.