Polis məşhur aktrisanı saxladı - “5 saat gözlədikdən sonra...”

polis-meshur-aktrisani-saxladi
Oxunma sayı: 635

“İstanbulda polisə müqavimət göstərməkdə ittiham olundum. İzmirdə saxlanıldım, 5 saat gözlədikdən sonra 27-ci Cəza Məhkəməsində hakim qarşısına çıxdım”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Nurseli İdiz Türkiyə mətbuatına açıqlamasında deyib. 

Aktrisa həbs olunması barədə yayılan xəbərlərə münasibət bildirib:

“Hakim polisə müqavimətə görə saxlanma əmrinin olmadığını söylədi. Sadəcə olaraq İstanbul Adli Tibbdə olan bir sənədlə bağlı ifadə verməyinin vacib olduğunu dedilər. Mən də söylədim ki, vaxt verin, gedib ifadə verəcəm. Hakim 1 həftəlik icazə verdi, polis tərəfindən sərbəxt buraxıldım. Yəni, səhvən saxlanılmışam”.