Pomidor turşusundan zəhərlənənlərin sayı artır

pomidor-tursusundan-zeherlenenlerin-sayi-artir
Oxunma sayı: 640

Saatlı rayon sakinləri, 1991-ci il təvəllüdlü Əliyev Samir Salman oğlu və 1983-cü il təvəllüdlü Salehov Mirzə Mirsaleh oğlu zəhərlənmə diaqnozu ilə Zaqatala MRX-na daxil olublar. İlkin müayinə zamanı onların Balakən rayonunun Katex kəndində iş yerində evdə hazırlanmış pomidor turşusundan zəhərləndikləri məlum olub. İlkin yardım göstərildikdən sonra onlar müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda pomidor turşusundan zəhərlənmə halları artıb.