Portuqaliyalı futbolçu Azərbaycan yığmasına inanır

portuqaliyali-futbolcu-azerbaycan-yigmasina-inanir
Oxunma sayı: 973


 “Qafqazinfo” Apasport.az saytına istinadən məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının futbolçusu Elder Poştiqa deyib. Azərbaycan yığmasına ötən il sentyabrında evdə 3:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunda 2-ci qolun müəllifi olan “Saraqosa”nın hücumçusu bu dəfə əsl qəhrəman oldu. 

Belə ki, Portuqaliyanın Rusiyaya Lissabonda 1:0 hesabı ilə qalib gəldiyi matda qələbə topunun müəllifi indi rəqibin qalan matçlarında büdrəyəcəyinə ümid edir: “Biz hazırkı seçmə mərhələni ləng başladıq. Ancaq bundan hər şey yaxşı getməlidir! Hərçənd düzünə qalsa, son məqsədə çatmağımız üçün hələ çox işləməliyik. İndi biz ruslara itirilmiş xallara görə uduzuruq. Ancaq onların Şimali İrlandiya, İsrail, Lüksemburq və Azərbaycanla oyunları qalıb. Deməli, bu matçlarda rəqibin xal itirmələrini gözləməliyik”. 

Qeyd edək ki, Rusiya cari seçmə mərhələni oktyabrın 15-də millimizlə səfər oyunu ilə bitirəcək.