Prezident Brüsseldə “Şərq tərəfdaşlığı” sammitində

prezident-brusselde-serq-terefdasligi-sammitinde
Oxunma sayı: 921

Belçika Krallığında işgüzar səfərdə olan prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında iştirak etmək üçün Avropa İttifaqının binasına gəldi.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqına sədrlik edən Estoniyanın Baş naziri Yuri Ratas dövlət başçısını salamlayıblar. 

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan da sammitdə iştirak etmək üçün Brüsselə səfərə gedib.