Prezident İlham Əliyev Paşinyanla bu həftə görüşəcək

prezident-ilham-eliyev-pasinyanla-bu-hefte-gorusecek
Oxunma sayı: 1959

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşə bilər.

"Qafqazinfo" REAL-a istinadən xəbər verir ki, görüş zamanı tərəflər Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcəklər.

Görüş martın 29-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutacaq.

Martın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iki ölkə rəsmilərinin Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı görüşü barədə razılığa gəldiklərini bildirimişdi. O, iki ölkə xarici işlər nazirlərinin də görüşünün nəzərdə tutulduğunu bildirmişdi.